srail fələstinlilərlə daimi sülh razılaşmasına nail olmaq üçün beynəlxalq təzyiqləri rədd edir.
APA xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Belə bir razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq”, - deyə Netanyahu bildirib.
O, qeyd edib ki, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşıdır. Netanyahunun sözlərinə görə, bu, terrorizmə görünməmiş mükafat olacaq və gələcəkdə hər hansı sülh nizamlanmasının qarşısını alacaq.