Zelenskinin Ərdoğanla görüş planları məlum olub

76 22-02-2024, 09:16 dunya

Zelenskinin Ərdoğanla görüş planları məlum olubAlbaniyanın baş naziri Edi Rama Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə “TRT World” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Ərdoğan Ramanı Ankaraya səfəri zamanı görüşə dəvət edib. O, yaxın günlərdə Zelenskinin iştirak edəcəyi yüksək səviyyəli görüşün olacağını bildirib. Ukrayna münaqişəsi ilə bağlı görüş Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində keçiriləcək.

Ərdoğan və Zelenski arasında əvvəlki görüş 2023-cü il iyulun 7-də İstanbuldakı Vahidəddin köşkündə baş tutub. Görüşdən sonra Türkiyə dövlət başçısı bildirib ki, Ankara danışıqlar yolu ilə Ukraynadakı münaqişəyə son qoymaq üçün səylərini davam etdirəcək.

XƏBƏR LENTİ