Ermənistanda kilsə başçısı hərbçiləri çevrilişə çağırdı

64 13-03-2024, 07:23 dunya

Ermənistanda kilsə başçısı hərbçiləri çevrilişə çağırdıErməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib.

Xeberdar.net Caliber.az-a istinadən xəbər verir ki, o, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb.

“Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, - deyə o bəyan edib.

XƏBƏR LENTİ