Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanıldı

242 8-06-2024, 15:10 cemiyyet / kriminal

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanıldıPaytaxtın Yasamal rayonunda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

XƏBƏR LENTİ