İyunun 9-da səhər saatlarında Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili ilə avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə İHA məlumat yayıb.
“Qəza səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli yaxınlığında baş verib. Sürücülərinin adları və dövlət nömrələri bəlli olmayan sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub”, – agentlik bildirib.
Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri sərnişinidir. Yaralanan 30 nəfərdən isə dördünün durumu ağırdır.
Faktla bağlı araşdırma aparılır.