Polis 11 ton saxta uşaq yeməyini ələ keçirib

77 18-04-2025, 16:31 cemiyyet

Polis 11 ton saxta uşaq yeməyini ələ keçiribQaziantepdə bir anbarda polis tərəfindən həyata keçirilən əməliyyatda 8 milyon 700 min TL dəyərində 10 ton 850 kiloqram saxta uşaq qidası ələ keçirilib.

Xeberdar.net türk mediasına istinadən məlumat verir ki, saxta uşaq qidası İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən ələ keçirilərək lazımlı nümunələr alındıqdan sonra məhv edilib. Əməliyyat nəticəsində 1 şübhəli saxlanılıb. Araşdırma zamanı məlum olub ki, qidalar satış üçün mağazalara göndərilib.

Hadisə ilə bağlı yaxalanan şübhəli şəxs barəsində məhkəmə və inzibati işlərə başlanılıb.

XƏBƏR LENTİ