İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

12 Bu gün, 14:59 dunya

İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdiİran hərbi qüvvələri İraqda yerləşən ABŞ bazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına zərbələr endirib.

Xeberdar.net məlumat verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bununla bağlı mətbuatda yayılmış məlumatları təsdiqləyib.

“Bu dalğa çərçivəsində ABŞ-nin Ərbildəki bazaları, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, həmçinin Təl-Əvivin mərkəzində yerləşən “Xeybər-Şəkan”, “Qədr” raketləri, eləcə də ayrılan döyüş başlığına malik ağır “Xorrəmşəhr” və “Xeybər” raketləri vasitəsilə atəşə tutulub”, - məlumatda deyilir.

Pentaqon da Beşinci Donanmanın qərargahına hücum faktını təsdiqləyib. Dəymiş zərər təxminən 200 milyon dollar olaraq qiymətləndirir.

XƏBƏR LENTİ