Ermənistana 488 ton taxıl yola salındı

18 Bu gün, 11:42 dunya

Ermənistana 488 ton taxıl yola salındıBu gün Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından Ermənistana yola salınıb.

Xeberdar.net məlumat verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

Qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

XƏBƏR LENTİ