Bədən çəkisini tənzimləyən daxili sistem aşkar edildi –İsveç alimlərindən yenilik

975 1-01-2018, 21:46 maraqli / gundem

Bədən çəkisini tənzimləyən daxili sistem aşkar edildi –İsveç alimlərindən yenilik
İsveçin Göteborq şəhərindəki universitetin bir qrup alimi apardıqları sınaqlar çərçivəsində orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar edib.

AZƏRTAC bu barədə İsveç mətbuatına istinadla xəbər verir. Alimlər qeyd edirlər ki, onlar üzərində təcrübə aparılan siçanların bədəninə müəyyən olunmuş kapsullar yerləşdirməklə eksperiment keçiriblər. Tədqiqatçıların sözlərinə görə, iki həftə sonra kapsul implant edilmiş gəmiricilər qida qəbulunu azaldıb ki, bu da öz növbəsində çəkilərinin gözə çarpacaq dərəcədə azalması ilə nəticələnib.

O da qeyd edilib ki, üzərində təcrübə aparılan siçanlar onların bədəninə yeridilmiş kapsulların ağırlığı qədər çəki itirib.

Beləliklə, alimlər qənaətə gəlib ki, orqanizmdə çəkinin artmasını tənzimləyən mexanizm var. Bu mexanizm bir müddət sonra beyinə qida qəbulunun azaldılması siqnalını yollayır. Alimlər hesab edir ki, bu prosesə müxtəlif onurğalı heyvanlarda, o cümlədən insanda ilik sümüyündə olan xüsusi hüceyrələr – osteotsitlər tərəfindən nəzarət edilir.

Tədqiqatların nəticələri "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub.

Xeberdar.net

XƏBƏR LENTİ