Bakıda “Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ” mövzusunda ikigünlük təlim keçirilib

742 1-01-2018, 21:25 ---

Bakıda “Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ” mövzusunda  ikigünlük təlim keçirilib
Dekabrın 28-29 tarixlərində Bakı şəhərində gənclər, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri və özəl sektor üçün “Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ” mövzusunda növbəti ikigünlük təlim keçirilib.

Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı çərçivəsində təşkil edilib. Təlimə Bakı, Sumqayıt, Göyçay, Ağcabədi, Şəki, Naxçıvan, Şamaxı, Yevlax, Sabirabad, Lerik, Abşeron, Fizuli, Kəlbəcər və müxtəlif regionları da təmsil edən, ictimai, siyasi, media, özəl və təhsil sektorunda çalışan və təhsil alan 13 xanım daxil olmaqla 25 iştirakçı qatılıb.
Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Baş Məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib, gender bərabərliyinin təşviq edilməsi və bu istiqamətdə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi üçün həyata keçirilən layihənin 2 mühüm komponentinin- qadınların səlahiyyətləndirilməsi və ayrıseçkiliyə məruz qalmama, bərabərlik hüququnun vacibliyini auditoriyanın diqqətinə çatdırıb. Qlobal Gender Fərqi İndeksində (Global Gender Gap İndex) Azərbaycanın reytinqinin pozitiv olmadığı, durumun yaxşılaşdırılması üçün hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, yerli özünüidarə orqanları, media, təhsil sektoru üzərinə düşən vəzifə və öhdəliklərdən danışıb. Təlimin 2-ci günü BMT İnkişaf Proqramının layihə üzrə koordinasiya mütəxəssisi Leyla Abasova təlimin məqsədi və iştirakçıların gözləntilərinin doğrulması üçün müzakirələr və qrup çalışmalarının səmərəliliyini xüsusi vurğulayıb.
Təlim hüquqşünas, BDU-nun hüquq fakültəsinin müəllimi və beynəlxalq əlaqələr üzrə dekan müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova tərəfindən aparılıb. Təlimin birinci günü bərabərlik hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində, gender ağırlıqlı birbaşa və dolayı ayrıseçkilik, təqib, qısnama, münasib yerləşmə şəraitinin yaradılması mövzusuna həsr olunub. İştirakçılar tərəfindən qrup çalışmaları edilib.
Təlimin ikinci günü bərabərlik hüququnun prosedur elementləri, ayrıseçkiliyə qarşı vəkillik vasitəsilə mübarizə imkanları, Azərbaycanın Konstitusiya və qanunvericilik çərçivəsi, istisna və bəraətlər təlim iştirakçıları ilə müzakirə eilib, Rəmzi Məhkəmə və identifikasiya tapşırığı edilib. Ayrıseçkilik halları üzrə Avropa Məhkəməsinin müxtəlif ölkələr üzrə qəbul etdiyi qərarlar üzrə müzakirələr aparılıb.

Təlim zamanı müxtəlif qrup işləri aparılıb, uğurlu təcrübələr bölüşülüb, mövcud hüquq problemlərinin çözüm yolları müzakirə edilib. Təlimin sonunda təlim iştirakçılar tərəfindən yazılı sorğu vasitəsilə qiymətləndirilib.

Xeberdar.net

XƏBƏR LENTİ