Bayram günləri dəmir yolları ilə daşınan sərnişinlərin sayı açıqlanıb

815 4-01-2018, 17:28 cemiyyet / gundem

Bayram günləri dəmir yolları ilə daşınan sərnişinlərin sayı açıqlanıb«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində, gucləndirilmiş iş rejimində çalışıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərnişin daşımaları Departamentindən verilən məlumatda bildirilir ki, bayram günləırində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ