Qızı şikayət etdi, işdən çıxarıldı - 100 minlik yeyinti

16 Bu gün, 12:32 cemiyyet

Qızı şikayət etdi, işdən çıxarıldı - 100 minlik yeyintiMil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb.

Xeberdar.net Unikal-a istinadla məlumat verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb.

Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.

A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib.