Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb

13 Bu gün, 14:31 cemiyyet

Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıbBu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Xeberdar.net report-a istinadən məlumat verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.
Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

XƏBƏR LENTİ