İstanbulun yaxınlığında bina çöküb

16 Bu gün, 12:02 dunya

İstanbulun yaxınlığında bina çökübBinada yeddi nəfərdən ibarət iki ailə yaşayıb
İstanbuldan 60 kilometr aralıda yerləşən Qebze şəhərində altımərtəbəli bina çöküb. Xeberdar.net NTV kanalına istinadən bildirir ki, hələlik itkilər barədə məlumat yoxdur.

Kanalın məlumatına görə, xilasetmə qrupları hadisə yerində işləyir.

NTV qeyd edir ki, binanın yaxınlığında metro tikintisi aparılır.

“A-haber”in məlumatına görə, dağıntılar altında təxminən altı nəfər qala bilər.

Qebze bələdiyyəsinin sədri Zinnur Büyükgöz CNN-türk-ə bildirib ki, binada yeddi nəfərdən ibarət iki ailə yaşayıb, lakin onların uçma zamanı orada olub-olmadıqları hələlik məlum deyil.