6 gün əvvəl ana olan qadınla ilə bağlı QƏRİBƏ HÖKM

810 5-01-2018, 13:35 kriminal / gundem

6 gün əvvəl ana olan qadınla ilə bağlı QƏRİBƏ HÖKM
Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda ittiham olunan 5 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, məhkəmənin bu günə qədər uzanmasının səbəbi M.Quliyevanın 5-ci dəfə ana olmasıdır.

M.Quliyeva 2017-ci il dekabrın 30-da 5-ci övladını dünyaya gətirib. Həmçinin M.Quliyevanın hamiləlikdən əvvəl də xəstəlikdən müalicə aldığı məhkəmədə elan edilib.

Məhkəmə M.Quliyevaya son söz verib. O, əməlindən peşman olduğunu, bağışlanmasını istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Mehriban Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin onun barəsində Cinayət Məcəlləsinin 79-vu maddəsi tətbiq edilib və ən kiçik övladının 14 yaşı olanadək onun cəzası təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında Mehriban Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli sayılıb.

Yeni uşağı olan qadının bundan əvvəlki övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödədiyini deyib.

Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

M. Quliyev barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Xeberdar.net

XƏBƏR LENTİ