"Ermənistanda hazırlıqlar gedir, aprel ayında..." -XƏBƏRDARLIQ

765 6-01-2018, 11:10 dunya / gundem

"Ermənistanda hazırlıqlar gedir, aprel ayında..." -XƏBƏRDARLIQ"Azərbaycan və Türkiyə ilə Ermənistanın münasibətləri düzəlmədikcə açıq şəkildə demək olar ki, Ermənistanın nə iqtisadiyyatında, nə də siyasətində köklü dəyişiklik olacaq".

Xeberdar.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında, politoloq İlqar Vəlizadfə Ermənistanın dövlət borclarının rekord həddə çatmasının nə ilə nəticələnəcəyini şərh ederkən deyib. O bildirib ki, Ermənistandakı bu vəziyyət getdikcə dərinləşəcək:

"Çünki Ermənistan hakimiyyəti tərəfindən bu vəziyyətin aradan qaldırılması üçün adekvat addımlar atılmır. Əslində, Ermənistan hakimiyyətinin birinci kvartalda başı siyasi məsələlərə qarışacaq. Çünki bildiyimiz kimi, bu ilin aprel ayında Ermənistanda prezident və baş nazir postuna yeni bir namizədin gəlməsi mümkün ola bilər. Hazırda hakim klanın daxilində bununla bağlı hazırlıqlar görülür. Baş nazir Karen Karapetyanın komandası ilə prezident Serj Sərkisyanın komandası arasında mübarizə gedir. Hətta baş nazir Karapetyan son açıqlamasında Ermənistandakı qeyri-müəyyən vəziyyətin biznesə mənfi təsir göstərdiyini demişdi”.

Politoloq qeyd edib ki, Ermənistanda iqtisadiyyatla və daxili siyasətlə bağlı tədbirlər, demək olar ki, apreldən sonra müəyyən olunacaq:

"Apreldə hakim komanda yenidən formalaşacaq və yeni təyin olunmuş nazirlər ölkənin yaxın 4-5 il ərzindəki iqtisadi strategiyasını müəyyənləşdirəcəklər. Bu isə vaxt itkisi deməkdir. Belə çıxır ki, 3-4 ay keçdikdən sonra onlar bu məsələləri müzakirə edəcəklər. Bu vaxt itkisi də ilin axırında mütləq iqtisadi göstəricilərdə öz mənfi əksini tapacaq”.

Politoloq vurğulayıb ki, Ermənistan hətta apreldən sonra hansısa mühüm qərarlar qəbul etsə belə, bu qərarların icrası müəmmalıdır:

"Çünki Ermənistanda mövcud şərait dəyişilmir. Ermənistan bölgədə blokada vəziyyətində qalmağa davam edir. Ermənistanın bu blokadanı başqa yollarla yarmağa, yəni Gürcüstan və İranla müəyyən əlaqələr qurmağa çalışmasına baxmayaraq, bu cəhdlər müsbət nəticə verməyəcək. Ermənistan üçün əsas məsələ Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəldilməsi olmalıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ