Hakan Atilla Rza Zərrabın çəkməli olduğu cəzanı çəkəcək?..
“HalkBank”ın (Türkiyə) keçmiş müdir müavini Hakan Atillanın İrana yönəlik embarqonun pozması ilə bağlı Amerikada davam edən məhkəmə hələ də Türkiyə gündəminin əsas mövzularından biridir. “Yeni Müsavat” xatırladır ki, H.Atilla barədə qərar 11 apreldə açıqlanacaq və ardınca apelyasiya proseduru başlanacaq.
Amma prosesdə iş adamı Rza Zərraba veriləcək cəza ilə bağlı hər hansı tarixin açıqlanmaması ciddi suallar yaradıb. Onun hələ də istintaqa məlumat verməsi ilə bağlı versiyalar səsləndirilir.
Türkiyənin “Cumhuriyet” qəzetində yer alan xəbərə görə, Amerikadakı məhkəmənin 12 jüri üzvü prosesin tək ittiham olunan şəxsi Atillaya qarşı 6 ittihamdan 5-də təqsirli bilib. Qərarın açıqlanmasının ardınca Atilla üçün təxminən iki il davam edəcək apelyasiya müddəti də başlayıb. Atillanın vəkilləri hakim Riçard Bermanın 11 apreldə verəcəyi hökmü gözləyəcək. Hakim Atillanın yol verdiyi sabit cinayətlər əsasında cəza müəyyən edərkən şərtli azadlığa buraxılma məmuru tərəfindən onun barəsində hazırlanan sənədi və Atilla haqqında yazılan şəxsi məktubları da göz önündə saxlayacaq.
Adını vermək istəməyən bir hüquqşünas isə hakim Bermanın açıqlayacağı qərarla bağlı hər hansı bir təxmin edilə bilmədiyini deyib: “Hər hansı bir zərər var, ya yoxdur, varsa miqdarı nə qədərdir, cinayətə hansı mərhələdə və nə ölçüdə müdaxilə olunduğu kimi məqamlar cəza miqdarını çox dəyişdirir”.
Qərar açıqlandıqdan sonra medianın suallarını cavablandıran vəkillər Victor Rokko və Keti Fleminq isə məhkəmədə Atillanın “oynanılan qəribə bir oyunun qurbanı” olduğu fikrini müdafiə ediblər. Vəkil Rokko “Burada daha böyük bir şeylər baş verir, bunun ortasında qalan Atilla oldu. Bütün hallarda o, bir şəbəkənin nə memarı, nə də qurucusudur. Prokurorluq dəlillərinə görə, ona veriləcək ən pis rol isə funksional statusdakı bir şəxs olmasıdır. Gördüyümüz dəlillərin hamısı Zərrabla əlaqəli idi, Atilla ilə yox”.
Prokuror Coon Kim isə qərar sonrası verilən yazılı açıqlamada aşağıdakıları deyib: “Cinayətlərini öncədən qəbul etmiş Rza Zərrabla birlikdə, İran investisiyalar rejimində milyard dollarlıq bir deşik açan bu nəhəng prosesin mərkəzində olan 2 nəfər indi ciddi federal cinayətlərdən məhkum edilibər. Xarici bank və bankçıların qarşısında iki variant var; ya İran və digər investisiyalara mövzu olan ölkələrin ABŞ qanunlarını pozmaq istəyən ölkələrə kömək edərsiniz, ya da ABŞ dollları ilə işləyən beynəlxalq banklar sisteminin bir parçası olmağı seçərsiniz. Hər ikisini də seçməniz mümkün deyil”.
“HalkBank” üçün də ABŞ-da hansı qərarın veriləcəyi, nə cür mövqe sərgilənəcəyi sual doğurur.
Özünə qarşı yönəldilən bütün ittihamları qəbul edərək, peşmanlıq haqqından istifadə edən R.Zarrabın məhkəmə prosesi üçünsə hər hansı bir tarix müəyyən edilməyib. Bu, sabiq ittiham olunan şəxsin yol verdiyi cinayətlər və cinayət ortaqlığı ilə bağlı hələ də prokurorluq orqanlarına məlumat vermə mərhələsində olduğu mənasına gəlir. Prosesi izləyən, amma adını açıqlamayan amerikalı bir müşahidəçiyə görə, Zərrabı verdiyi ifadələr çərçivəsində bir çoxunu məhkəmədə şahid kimi görmək mümkündür. Sahib olduğu məlumatları verməsi isə aylarla davam edə bilər.
Zərrabın yeni bir kimliklə sıfırdan bir həyata başlamasına imkan verəcək Şahid Qoruma Proqramına daxil edilib-edilməməsi ilə bağlı isə hələlik hər hansı məlumat yoxdur. Prokurorluqla edilən işbirliyi anlaşmasının məhkəməyə sirayət edən detallarında qeyd olunub ki, hökumət R.Zərrabın Şahid Qoruma Proqramı da daxil olmaq üzrə, onun müdafiəsi ilə bağlı bir çox addımları atmağı qəbul edib.
Rza Zərrab ifadəsində bildirmişdi ki, Atilla ondan heç vaxt rüşvət almayıb. Amma o, Atillanın İrana qoyulan investisiyalar barədə məlumatları ilə qurulan qeyri-qanuni sistemə qatqıları olduğunu vurğulamışdı.
Ancaq jürinin qərarında Zərrabın yox, ABŞ Maliyyə Nazirliyinə bağlı investisiyalara nəzarət ofisinin iki eks- direktorunun verdiyi ifadələrin daha təsirli ola biləcəyini düşünülür. Adam Szubin və eks CIA Direktor köməkçisi olmuş David Cohen, İran investisiyaları məsələsində “HalkBank” adına tez-tez ünsiyyət qurduqları şəxsin Atilla olduğunu bildirmişdi. Hətta Szubin bir az da qabağa gedərək, olduqca dəqiq xatırladığını dediyi özəl bir görüşü yada salıb, “HalkBank”ın bu qanun pozuntusuna getdiyinə görə narahatlıq keçirdiyini deyərkən Atillanın həyəcanlandığını və tərlədiyini söyləyib.
Sözügedən məhkəmədə adı çəkilən, amma ABŞ-da olmadıqları üçün məhkəməyə cəlb edilməyən digər şəxslərlə bağlı hansı qərarın veriləcəyi isə texniki detallardan daha çox, siyasi bir mövzu olaraq görülür. “Bu şəxslərin öz ölkələrində siyasi toxunulmazlıq sahibi olmaları burada ittiham olunmalarının qarşısını almaz, bunu keçmişdə gördük” deyən Kolumbiya Universiteti hüquq professorü Daniel Richman aşağıdakıları deyib: “Bir ölkə liderliyinə qədər yüksəldiyi zaman ABŞ prokurorluq ofisi və Xarici İşlər Nazirliyi arasında (Dövlət Departamenti-red.) milli mənfəətlərin müzakirə olunduğu məqamlar olur. Nyu-York Cənub Bölgəsi isə əllərindəki dəlilləri getdiyi yerə qədər aparmaları ilə tanınırlar”.
“Siyasi mənfəətin nəzərə alınması”na nümunə olaraq 2010-cu ildə Nyu-Cersi ştatında yaxalanan 10 nəfərlik rus casus qrupunun Rusiyadakı dörd məhbus qarşılığında ölkələrinə qaytarılmasını misal çəkən Richman onu da deyib ki, Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsinin baxdığı bir prosesdə cəzaların ləğvi ilə bağlı tez-tez müzakirələr aparılıb: “Nəticədə siyasi mənfəətlər nəzərə alınaraq proses ləğv edildi”.
Xeberdar.net