Goranboyda marketdə 1 nəfəri öldürüb 4 nəfəri yaralayanlar tutuldu

677 6-01-2018, 13:10 cemiyyet / gundem

Goranboyda marketdə 1 nəfəri öldürüb 4 nəfəri yaralayanlar tutulduGoranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

Xeberdar.net

XƏBƏR LENTİ