“İrandakı son olaylar və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçiriləcək

932 6-01-2018, 15:40 siyaset / gundem

“İrandakı son olaylar və  Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçiriləcək

Yanvarın 9-da saat 12.00-da Ümid Partiyasının akt zalında Ümid Partiyasının, Azərbaycan Demokrat Partiyasının (ADP) və Xalq Partiyasının təşkilatçılığı ilə “İrandakı son olaylar və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçiriləcək.

Xeberdar.net-ə daxil olan məlumata görə,dəyirmi masada Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Bütöv Azərbaycan hərəkatının sədri, filosof alim Yasəmən Qaraqoyunlu və Böyük Britaniyada yaşayan milli fəal İsa Türkoğlu İrandakı son olaylar, eləcə də Güney Azərbaycandakı soydaşlarımızın bu olaylara reaksiyası ilə bağlı məruzə edəcəklər. Sonra dəyirmi masa iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Bu məsələ ilə bağlı maraqlı olan bütün şəxslər və jurnalistlər dəyirmi masaya dəvətlidir.

Ünvan: Bakı. İsmayıl Hidayətzadə 62. (Montin bazarının yaxınlığında).


Xeberdar.net

XƏBƏR LENTİ