Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb

763 6-01-2018, 16:59 dunya / gundem

Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıbQax rayonunda 47 yaşlı kişi bıçaqlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.

Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvili bibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ