Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı tarix açıqlanıb

754 7-01-2018, 10:33 gundem

Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı tarix açıqlanıb
Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.Bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.
Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.
Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.
M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: “Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ