Dağıstanda məscidin imamını güllələdilər

756 7-01-2018, 10:48 dunya / gundem

Dağıstanda məscidin imamını güllələdilərDağıstanda naməlum şəxslər Hasavyurt rayonunun Muçalaul kənd məscidinin imamını güllələyiblər.

Bu barədə TASS-a Respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Məscidin imamı öz evi yaxınlığında öldürülüb. İlkin məlumata əsasən, əvvəl naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər”, - agentliyin mənbəsi bildirib.

O qeyd edib ki, imama Makarov tapançasından yeddi güllə buraxılıb.

Mənbə həmçinin əlavə edib ki, hadisə yanvarın 6-da saat 22:00 radələrində baş verib.(oxu.az)

XƏBƏR LENTİ