İğtişaşda adı hallanan sabiq prezident –Əhmədinejad 1979-cu ildə ABŞ səfirliyinə hucumun əleyhinə olub - FOTO

806 7-01-2018, 16:32 dunya / gundem

İğtişaşda adı hallanan sabiq prezident –Əhmədinejad 1979-cu ildə ABŞ səfirliyinə hucumun  əleyhinə olub - FOTO
1979-cu ildə İran İslam İnqilabından sonra ABŞ Konsulluğunda olan amerikalıları girov götürən tələbə hərəkatının liderlərindən birinin sabiq prezident Mahmud Əhmədinejat olduğu bilinirdi.

İrandakı son aksiyalardan sonra siyasətə qayıdacağı iddia edilən Əhmədinejatın adı çox ciddi müzakirə edilməkdədir. SEPAH-ın belə hədəfində olan sabiq prezident ilə bağlı bir məqam diqqət çəkdi. İran inqilabının lideri Xomeyninin həyatından bəhs edən “Dünyanı dəyişdirən adam” sənədli film yenidən müzakirə mövzusudur. Filmdə Əhmədinejatla bağlı bölüm xüsusi diqqət çəkir. Belə ki, sabiq prezidentin o dönəmdə də ABŞ-a qarşı olmadığı fikri filmdə yer alıb.

2009-cu ildə Delphine Jaudeau, Paul Mitchell, Dai Richards, Mohammad Shakibania və Hosein Sharif kimi məşhurların hazırladığı ingiliz istehsalı olan filmin ikinci hissəsində amerikalıları əsir alan tələbələrin liderlərindən İbrahim Əsgərzadə maraqlı açıqlama verib. “Amerikanın şahi bizə təhvil verməsi üçün bunu etdik. Amerika səfirliyini iki-üç gün işğal edərək, oradakıları əsir almağı təklif etdim. Dostlarımdan bir neçəsi bu fikrimə qarşı çıxdı. Onlardan biri də Əhmədinejat idi. O, bu addımımızın sovetlərin nüfuzunu artıracağını söylədi. Onun fikrincə, bizim inqilabın əsl düşməni Rusiya və marksistlər idi”, – deyə, fikrini söyləyib. (yenicag.az)

XƏBƏR LENTİ