Türkiyədə 9 azərbaycanlı külli miqdarda qaçaq malla ələ keçdilər

656 7-01-2018, 16:48 dunya / gundem

Türkiyədə 9 azərbaycanlı külli miqdarda qaçaq malla ələ keçdilərTürkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 2 avtobusda cəmi 4 min 710 qutu qaçaqmal siqaret və 133 şüşə qaçaqmal spirtli içki ələ keçiriblər.

Virtualaz.org “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında qeydə alınıb. İki avtobusda 9 Azərbaycan vətəndaşından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş mallar aşkarlanaraq götürülüb.

Azərbaycanlılar 71 min 298 TL cərimə ediliblər. Bundan başqa, avtobus sürücüləri də 2 min 854 TL məbləğində cərimələnib.

Xeberdar.net

XƏBƏR LENTİ