İranın neft tankeri Çinin şərq sahilləri yaxınlığında alovlanaraq, 32 nəfərdən ibarət gəmi heyətinin itkin düşməsinə səbəb olub. Onların əksəriyyəti iranlılardır.
30 iranlı və 2 banqladeşlinin olduğu tanker alovlandıqdan sonra da hərəkətdə olub. Çinin polis gəmiləri və 3 neft axıntısı təmizləyicisi hadisə yerinə göndərilib.
Cənubi Koreyanın sahil keşikçiləri də axtarış əməliyyatları üçün gəmi və təyyarələrini səfərbər edib.
Panama qeydiyyatlı gəmi İrandan Cənubi Koreyaya iqtiqamət almışdı. Gəmi Honq Konq qeydiyyatlı "CF Crystal" gəmisi ilə Çin sahillərindən 160 kilometrlik məsafədə toqquşub.
"CF Crystal" gəmisinin çinli 21 üzvü xilas edilib. Toqquşmanın səbəbi bəlli deyil.
Xeberdar.net