Berluskoni Al-Bano və Toto Kutinyonu siyasətə dəvət etdi

697 8-01-2018, 10:50 dunya / gundem

Berluskoni Al-Bano və Toto Kutinyonu siyasətə dəvət etdiİtaliyanın dünyaca məşhur estrada ulduzları – Al-Bano və Salvatore (Toto) Kutinyo yaxın zamanlarda siyasətə atıla bilərlər.

Xeberdar.net oxu.az-a istinadən xəbər verir ki, adıçəkilən “ulduzlar”ın siyasətə atılması və onların İtaliyada qarşıdan gələn parlament seçkilərinə qatılması ilə bağlı təkliflər gündəmdədir.

Bu təkliflə ilk çıxış edən isə İtaliyanın məşhur siyasət və dövlət adamlarından olan sabiq baş nazir, “İrəli, İtaliya!” Partiyasının lideri Silvio Berluskonidir.

O, son müsahibələrindən birində həmin şəxslərin martda keçirilməsi gözlənilən parlament seçkilərində namizədliklərini irəli sürməsi və öz şanslarını yoxlaması təklifi ilə çıxış edib.

“Əgər onlar parlament seçkilərinə qatılarlarsa, həmin şəxsləri dəstəkləməyə hazırıq”, – deyə sabiq baş nazir sözlərinə əlavə edib.

Al-Bano və Toto Kutinyo isə hələlik Berluskoninin təklifi ilə bağlı mövqelərini açıqlamayıblar.

Xeberdar.net

XƏBƏR LENTİ