Azərbaycanlıları Türkiyəyə aparan avtobus yandı

975 8-01-2018, 10:55 dunya / gundem


Azərbaycanlıları Türkiyəyə aparan avtobus yandıGürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

Xeberdar.net APA-ya istinadən xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Xeberdar.net