"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

1 636 8-01-2018, 13:29 dunya / gundem

Ballistik raket sınaqları və ABŞ-la yaşanan gərginliklərlə gündəmdən düşməyən Şimali Koreya indi isə ordudakı təcavüz qalmaqalı ilə diqqətləri üzərinə çəkib.
"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları
Şimali Koreyada yaşayan gənclər həyatlarının ən gözəl çağlarını əsgərlikdə keçirir. Kişilər 10, qadınlar isə 6 il hərbi xidmətdə olurlar. Orduda xidmət edən qadınların yaşadıqları isə sözün əsl mənasında dəhşətvericidir.

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları


17 yaşında əsgərliyə gedən Lee So Yeon adlı qadın BBC-yə verdiyi açıqlamasında bunları deyib:

"Əsgərlikdə olan qadınlar üçün həyat çox çətindir. Onlar menstruasiya dövrünü keçirməyimizə imkan vermirlər və tez-tez təcavüz edirlər. Xidmətin altıncı ayından etibarən yaşadığımız stress və qəbul etdiyimiz dərmanlarla menstruasiya dövrünü keçirmirik".

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları
Yeon orduda uzun müddət çimmədiklərini, çiməndə isə qurbağa və ilanlarla dolu yerdən gələn su ilə yuyunduqlarını deyib.

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

1992-2001-ci illər arasında əsgərlikdə olan Yeon təcavüz qalmaqalları ilə bağlı bunları danışıb:

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

"Komandirlərimiz bizi zorlayır və bunun bir əmr olduğunu söyləyirdilər. Bu proses heç vaxt sona çatmırdı..."

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

Yeon yaşadığı ağır günləri unutmaq üçün 2008-ci ildə ölkədən qaçmağa cəhd edib, amma onun cəhdi uğursuz alınıb. Həbs edilən qadın yenidən qaçmağa çalışıb və Tumen çayını keçərək Çinə çatıb. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir.

XƏBƏR LENTİ