İran XİN-i Vaşinqtonu hədələdi:“ABŞ səhv edərsə, peşman olacaq”

760 8-01-2018, 15:51 dunya / gundem

İran XİN-i Vaşinqtonu hədələdi:“ABŞ səhv edərsə, peşman olacaq”
“Bizim masamızın üzərində bütün variantlar var və ABŞ-ın alacağı qərara uyğun olaraq onlardan birini tez bir zamanda icra edəcəyik”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın İran və “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxa biləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

B. Qasimi bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclası yeni dünyada hər kəsin ABŞ-a itaət etmədiyini göstərdi: “Bu iclasda baş verənlər cənab Trampın öncəki uğursuzluqlarının davamıdır. BMT Təhlükəsizlik Şurasının üzvləri göstərdilər ki, Tramp və ABŞ-a tabe olmurlar. İran İslam Respublikasında qədimdən indiyədək diqqət edilən məsələ ehtimal olunan və mümkün ssenarilərin hamısı üçün plan hazırlamaq və onları yaranan vəziyyətə uyğun tez bir zamanda icra etməkdir”.

Sözçü qeyd edib ki, HBFP beynəlxalq razılaşmadır və ABŞ hökuməti onu icra etməyə borcludur: “Bu ölkənin həmin razılaşmanı pozması və ya uyğun olmayan davranışı İranın nəzərdə tutulan addımları atması ilə nəticələnəcək. Bu qərarların nəticəsi həm bizim üçün, həm də ABŞ üçün çox önəmlidir. ABŞ aşkar səhv edərsə, peşman olacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ