Suriya müharibəsi: Üsyançıların nəzarətindəki İdlibdə partlayışda 23 nəfər öldürülüb

823 8-01-2018, 16:25 dunya / gundem

Suriya müharibəsi: Üsyançıların nəzarətindəki İdlibdə partlayışda 23 nəfər öldürülübSuriyanın şimal-qərbində yerləşən və üsyançıların nəzarətində olan İdlib şəhərindəki partlayışda ən azı 23 nəfərin öldüyü, daha çox insanın isə yaralandığı bildirilir.

Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəçiləri təşkiatı bildirir ki, partlayış kiçik bir üsyançı qrupun qərərgahında törədilib.

Ölənlərdən yeddisinin mülki vətəndaş olduğu ehtimal edilir.

Şəhərin Thalatheen bölgəsində baş verən partlayışın dəqiq səbəbi bilinmir. Bəzi xəbərlərə görə, partlayışa səbəb bomba yüklü maşın olub, digərləri isə dron hücumundan bəhs edir.

Suriya vətəndaş müharibəsini mənbələr şəbəkəsi vasitəsiylə tədqiq edən Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatı deyir ki, xilasedici komanda ölən və yaralanaları dağılmış binalardan və yaxınlıqdakı evlərdən çıxarmağla məşğuldur.

Bir neçə nəfər itkin düşüb.

"Ajnad al-Qavqaz" adlandırılan üsyançılar qrupu yüzlərlə Asiya döyüşçüsünü özündə birləşdirir.

Bu, ötən il Suriya ordusu hücumunu dəf etmək üçün Fateh al-Sham Cəbhəsidir. Qrup Əl-Qaidə ilə bağlıdır.

Türkiyə ilə sərhəddə olan İdlib əyaləti prezident Bəşər Əl-Əsədə müxalif olan güclərin ən əsas halqasıdır.

Tam müxalifətin nəzarəti altında olan yeganə vilayətə çevrilən bölgəni Suriya ordusu 2015-ci ildə itirib.

Suriya ordusu və müttəfiqləri İdlib və qonşu Hama vilayətini geri almağa söz veriblər.

Ordu Dəməşq və Suriyanın ikinci böyük şəhəri olan Hələb arasında strateji yolu tutmaq üçün hərəkətə keçib, bundan sonra İdlibdə son həftələrdə şiddətli qarşıdurmalar baş verib (BBC).

XƏBƏR LENTİ