Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub.
Xeberdar.net “Report”a istinadən xəbər verir ki, yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək.
Qeyd edək ki, TN Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakantdır. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.
Xeberdar.net