Yanvarın 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.
Bu barədə Moderator.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
S.Qədirova qeyd edib ki, qatar Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək:
“Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri, İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana yola düşən qatar yanvarın 14-dən etibarən həftənin bazar günləri saat 6:00-da çatacaq”.
Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Xeberdar.net