Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 9-da xalqa televiziyayla müraciət edəcək. Sözçüsü Aidos Ukibay yerli mediaya deyib ki, Nazarbaevin xalqa “vacib bəyanat” verəcək.
Ukibayın deməsinə görə, bəyanat Nazarbayevin xalqa illik müraciətiylə bağlıdır. 77 yaşlı Nazarbaev 1989-cu ildən bu Orta Asiya respublikasını idarə edir. O, hər il xalqa fərqli tarixlərdə müraciət edir. Ötən il yanvarın 31-də etmişdi.
Ötənilki çıxışından bir neçə gün öncə Nazarbayev bəzi səlahiyyətlərini parlament və hökumətə verəcəyini demişdi. Amma ilin sonunda konstitusiyaya edilən dəyişikliklər nəticəsində prezident, hökumət və parlament arasında hakimiyyət bölgüsündə kosmetik dəyişiklik baş verdi.
Xeberdar.net