Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Şəhər sakini 1996-cı il təvəllüdlü Türkan Qənbərova yolu keçmək istəyərkən avtomobillə vurulub. Yaralı piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xeberdar.net