Masallıda banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırdı

950 9-01-2018, 22:06 cemiyyet / gundem

Masallıda banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırdıMasallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlu özünü yandırıb.

Musavat.com xəbər verir ki, hadisə bu gün rayon məhkəməsinin qarşısında baş verib.

Məlumata görə, Raqif Zeynalov Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq özünü yandırıb. Vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb.

O, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir.

Əldə etdiyimiz məlumata görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb.

Xeberdar.net

XƏBƏR LENTİ