Abşeron rayonunda sakini naməlum şəxslərin hücümuna məruz qalaraq bıçaqlanıb
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Araz Mirzəmməd oğlu Ağayev naməlum şəxslərin hücumuna məruz qalıb. O, hücüm zamanı bir neçə bıçaq zərbəsi alıb.
Yaralı çoxsaylı, ağır bıçaq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Abşeron Rayon Polis İdarəsində 26 yaşlı gəncə hücüm edərək onu bıçaqlayan şəxslərin müəyyənləşdirlməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Xeberdar.net