Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Alıyev Arif İmanqulu oğlu rayonun Səməd Vurğun küçəsində yaşayan qardaşının evinə qonaq gəlib. O, həmin evin həyətindəki damda özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Xeberdar.net