“Pişik Günel”in adı insan alverində hallanır - Açıqlama

1 193 11-01-2018, 16:04 kriminal / gundem

“Pişik Günel”in adı insan alverində hallanır - Açıqlama
Bu gün yerli KİV-də tanınmış müğənni Günel Ələkbərovanın Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb.
Xeberdar.net-in məlumatına görə, Oxu.Az-a açıqlama verən ifaçı məlumatın yalan olduğunu bildirib:

"Belə mövzularda mənim adımın hallanması yersizdir. Bu, yalan xəbərdir. Xəbəri tam dəqiqləşdirməmiş yazmaq düzgün deyil”.

İfaçı bildirib ki, informasiyanı dəqiqləşdirməmiş bu barədə yazan saytları məhkəməyə verəcək:

"Bu xəbər təsdiq olunmayıbsa, həmin xəbəri təsdiq formasında yazan saytları məhkəməyə verəcəm. Bu, elə-belə şey deyil. Adım niyə hallanmalıdır ki? Bunu nəyə əsasən yazıblar? Bu xəbəri həmin sayta İnsan alveri üzrə Mübarizə İdarəsindən veriblər ki, belə yazıblar? Məsuliyyəti kim daşıyacaq? Bayaqdan gərginlik, əsəb içindəyəm”.
Xeberdar.net

XƏBƏR LENTİ