Smartfonlarınız sizi necə izləyir?

909 15-01-2018, 16:33 maraqli / gundem

Smartfonlarınız sizi necə izləyir?
Son on ildə smartfonların istifadəsi kəskin şəkildə artıb və demək olar ki, artıq hər kəsin cibində kiçik bir kompüter var. Bu cihazlar bizim üçün kulli miqdarda məlumat toplamaqla yanaşı, bizi izləyib maraqlarımız və hərəkətlərimiz barədə dərindən məlumatlanırlar.

Əgər sizi telefon vasitəsilə sizin barədə məlumatın toplanması narahat edirsə, aşağıda qeyd etdiyimiz üsullarla bu axını bir qədər də olsa məhdudlaşdıra bilərsiniz.

Smartfon proqramları
Proqramlar bizim günümüzü idarə etməyə, e-maillər alıb göndərməyə, qohum və dostlarımızla ünsiyyətdə olmağa və müxtəlif həddsiz-hüdudsuz əyləncə və faydalı funksiyalara sahib olmamıza kömək edirlər. Lakin bu proqramlar onlara verdiyimiz icazələr əsasında bizim məlumatlarımızı da toplayırlar.
Əgər siz Android smartfonundan istifadə edirsinizsə, Parametrlərə daxil olduqdan sonra Proqramlar və Bildirişlər səhifəsinə daxil olmalısınız.

Apple iOS sistemli smartfonlarda isə Parametrlərə daxil olaraq oradan bir proqram seçin və ona verilən icazələri görə biləcəksiniz.

Bu icazələrin əksəriyyəti bir düymə ilə dəyişdirilə bilər.

İcazələr sizə proqramların dəqiq olaraq hansı məlumatları topladığını göstərsə də, bu məlumatdan necə istifadə edildiyini göstərmir. Bunu tapmaq üçün, sizə hər proqramın öz şərtlər və qaydalarını və ya məxfilik siyasəti sənədini oxumanız gərəkdir.
Smartfonlarınız sizi necə izləyir?
İstifadə etdiyiniz cihaz və proqramlara sahib şirkətlərin məxfilik siyasəti sənədi sizin məlumatınızın necə toplandığını və istifadə edildiyini izah edir

Bəzi proqramlarda hətta bu sənəd mövcud deyil. Google məlumat siyasətini qeyd etməyən proqramlara qarşı addımlar atacağını desə də, sizin məlumatınızın necə istifadə edilməsi barədə qərarları proqramların yaradıcıları verir.

Xüsusilə Azərbaycana aidiyyatı olan digər problem isə bu sənədlərin Azərbaycan dilinə tərcümələrinin çox nadir olmasıdır. Ən populyar proqramların əksəriyyəti bu sənədləri ingilis və uzaq başı dünyanın ən böyük rəqəmsal bazarlarında istifadə edilən dillərdə təqdim edirlər.

Məsələn, Airbnb xidməti, məxfilik siyasətini, türk və rus dili daxil olmaqla, 26 dildə təqdim edir. Bu seçimlər arasında Azərbaycan dili yoxdur. Airbnb-nin məxfilik sənədi qeyd edir ki, telefonla şirkətin proqramından istifadə edərkən, proqram sizin coğrafi yerinizi müşahidə edə bilər, sizin istifadə etdiyiniz cihaz barədə məlumatı və proqramdan neçə dəfə istifadə etdiyinizi öyrənə bilər.

Daha sonra bu məlumatdan istifadə edərək, şirkət xüsusilə sizə yaxın yerlərdə yerləşən kirayə mənzil və ya evləri sizə reklam edə bilər.

Smartfonlarınız sizi necə izləyir?
Bəzi telefon proqramları sizin məkanınız barədə məlumata girişi olmadan bu məlumatı çəkdiyiniz şəkillər vasitəsilə əldə edə bilirlər
Bəzən siz müşahidə edilmədiyinizi düşünə bilərsiniz, ammma bu, doğru olmaya bilər. Məsələn, bir proqrama sizin smartfonunuzdakı şəkillərə giriş verdiyinizdə, nəinki şəkillər, həm də proqrama sizin harada olduğunuzu göstərir, çünki telefonlarla çəkilən şəkillər çəkiliş anı çoğrafi yerləri barədə məlumatları da daşıyırlar.

Bu o deməkdir ki, siz bir proqrama çoğrafi yeriniz barədə məlumatları əldə etməyə icazə verməsəniz belə, onlar sizin harada yaşadığınızı və istirahətə getdiyinizi ehtimal edə bilər. Əlbəttə ki, şəkillərdəki bu çoğrafi məlumat bazasından istifadə edilib-edilməməsi proqramın yaradıcısından asılıdır.
Bəzi hallarda proqramlar sizi inanmadığınız dərəcədə müşahidə edə də bilərlər. Keçən il araşdırmaçılar, Uber taksi xidmətinin Apple iOS (iPhone) tətbiqinin gizli məlumat yığma icazələri olduğunu aşkar etmişdilər.

Məlum olmuşdu ki, Uber istifadəçilərin ekranında baş verənləri "çəkirmiş" və bu nadir və xüsusi icazə şirkətə Apple tərəfindən verilmişdi. Bu məlumat mediada yayılandan sonra, Uber, tətbiqinin Apple Watch (qol saatı) ilə əlaqəsini sürətləndirmək üçün istifadə edildiyini qeyd etmişdi. Lakin eyni zamanda, şirkət bu funksiyadan artıq istifadə etmədiyini deyərək proqramını yeniləyərkən, bu icazəni sildi.
Smartfonlarınız sizi necə izləyir?
Lakin bu onu göstərir ki, şirkətlər və proqram sahibləri istifadəçilərin seçimi olmadığı icazələri də özlərinə vermək bacarığına sahibdirlər.

Digər mühüm məqam isə smartfonlarda istifadə etdiyiniz internet brauzerlərinə aiddir. Chrome, Firefox və Safari kimi brauzerlər icazəli məlumat toplamaqla yanaşı, sizin baxdığınız internet səhifələri də sizin barədə məlumat toplayırlar.

Əlbəttə toplanılan məlumat və onun həcmi istifadə etdiyiniz brauzerlər və xidmətlərdən asılıdır. Məsələn Google Chrome sizin barədə külli miqdarda məlumat toplayır. Bu məlumata sizin daxil olduğunuz internet səhifələri, bu səhifələrin kiçik şəkilləri aid ola bilər. Google hesabınız varsa, bu məlumatların hamısını orada tapa bilərsiniz.

Google və Youtube-dakı məlumatlarınızı silmək üçün bu yazımıza baxın:

Apple-ın Safari brauzeri də buna bənzər məlumatları toplayır, lakin Chrome-dan fərqli olaraq Safari proqamı topladığı məlumatın əksəriyyətini sizin telefonunun öz yaddaşında saxlayır və yeni daxil olmuş parametrlərdə brauzerin və ziyarət etdiyini internet səhifələrinin sizi müşahidə funksiyalarını bloklamaq üçün yeni üsullar var.
Smartfonlarınız sizi necə izləyir?
Başqa nə əlac var?
Gördüyünüz kimi sizin barədə hansı məlumatın toplandığını və bu məlumatların necə istifadə edildiyini müəyyənləşdirmək heç də asan bir iş deyil.

Şirkətlərin qaydaları və məxfilik siyasətləri də onlara hərəkətlərində seçim vermək üçün qəsdən qeyri-müəyyən dildə yazılır.

Məsələn, Samsung-un qaydalarına görə, şirkət sizin GPS məlumatınızı əldə edə bilər, səs axtarışlarınız barədə məlumatı üçüncü tərəflə paylaşa bilər və hətta sizə uyğun reklamların yönəldilməsi üçün bu məlumatları iş ortaqları ilə paylaşa bilər.

Lakin şirkətlərdə bu seçimlər olsa da, bu hərəkətləri edib-etmədiklərini öyrənmək çətindir. Lakin bu qaydaları bilməklə siz şirkətlərin məhsul və xidmətlərindən istifadə edib-etməyəcəyinizə qərar verə bilərsiniz.
Smartfonlarınız sizi necə izləyir?
Şirkətlər sizin axtarış və digər məlumatlarınızla, xüsusilə sizi maraqlandıracağını ehtimal etdikləri reklamlarla sizi hədəfə alırlar
Sizin barədə toplanan məlumatları necə məhdudlaşdıra bilərsiniz?

Olduğunuz yer barədə (məkan məlumatı) məlumat, həm sizin üçün, həm də reklam şirkətləri üçün çox faydalıdır. Android telefonlarında təhlükəsizlik və Yer parametrlərindən, iOS (Apple) telefonlarında isə Məxfilik parametrindən Yer xidmətləri kateqoriyasına daxil olaraq yerinizi ölçən sensoru söndürə bilərsiniz.

Buradan siz hər proqramın bu sensorlardan necə istifadə etdiyini də idarə edə bilərsiniz.

Siz, hətta addımlarınızı ölçən sensor kimi digər sensorları də deaktiv edə bilərsiniz. Bu sensorları söndürmək üçün Android telefonlarında təhlükəsizlik və Yer parametrlərindən iOS (Apple) telefonlarında isə Məxfilik parametrindən Yer xidmətləri kateqoriyasına daxil olaraq sizin yerinizi ölçən sensoru söndürə bilərsiniz.
Smartfonlarınız sizi necə izləyir?
Texnologiya nəhəngləri

Google-a gəldikdə, şirkətin xidmətləri adətən e-mail xidməti (Gmail) yaratdığınız hesabınıza bağlı olur. Google-un məxfilik siyasətinə (ingilis dilində) baxanda görünür ki, siz Android telefonuna Google hesabı ilə daxil olan kimi, şirkət sizin zəngləriniz, zənglərinizin müddəti və növü, telefonunuz məkanı və cihazınız modeli kimi məlumatları toplamağa başlayır.

Google-un sizdən topladığı məlumatın parametrlərini həm kompüterinizdən, həm də ki, telefonunuzdan dəyişə bilərsiniz.

İnternetdə Google hesabınızın səhifəsinə (Mənim Hesabım) daxil olub, buradan şəxsi məlumat və məxfilik parametrini açıb buradan sizin barədə məlumatın necə toplandığını dəyişə bilərsiniz.

Burada fəaliyyət nəzarətlərinə daxil olaraq səs, Youtube, veb və məkan axtarışları tarixçənizi nəzərdən keçirib mövcud olan qeydləri silə bilərsiniz.

https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/C822/production/_99543215_fireshotcapture12-sashesabparametrlri-https___www.facebook.com_settings.png
Facebook-da parametrlərə daxil olduqdan sonra reklamlar bölməsinə klikləyib sizin barədə məlumatların necə toplandığını öyrənə bilərsiniz
Facebook isə qazancının əksəriyyətini şəbəkəsinin istifadəçilərin yönəltdiyi reklamlardan qazanır.

Facebook profilinizdən parametrlərə daxil olaraq, oradan reklamlar düyməsini klikləyərək sizin barədə məlumatın necə və harada toplandığını dəyişə bilərsiniz. Təəssüf ki, hazırda bu parametrlərin azərbaycancaya tərcüməsi tamam deyil.

Lakin Facebook-un mobil proqramı və brauzer axtarışı müşahidəsini deaktiv etmək üçün, "Ads based on your use of websites and apps" ("Proqramlar və saytlardan istifadəniz üzrə reklamlar") parametrindən Choose Setting düyməsinə klikləyib, bu müşahidəni bağlaya bilərsiniz.
Smartfonlarınız sizi necə izləyir?
Təəssüf ki, Facebook-un reklam parametrlərinin izahı azərbaycan dilinə tam şəkildə tərcümə edilməyib
Burada ikinci seçimlə sizin Facebook-dan kənar saytlardakı hərəkətlərinizin də Facebook tərəfindən müşahidəsini deaktiv edə bilərsiniz.

Apple-in məxfilik siyasətində (ingilis dilində) baxdıqda aydın olur ki, şirkət Google və Facebook kimi barənizdə məlumatları toplayır. Lakin digərlərindən fərqli olaraq, Apple topladığı məlumatın böyük qismini anonimləşdirir, digər şirkətlərlə paylaşmır və ya yalnız cihazınızın özünə yerləşdirir. Məsələn, iOS sizin xəritədə axtardığınız yeri qeyd etsə də, bu məlumatı cihazın özündə saxlayır və Apple-a ötürmür.

Lakin bunun Apple-ın iOS sistemindən istifadə edən digər proqramların topladığı məlumatlara aidiyyatı yoxdur - bu proqramlar adətən istədiklərini etməyə qadirdirlər.

Smartfonlarınız sizi necə izləyir?
Apple telefonları topladığı məlumatların böyük qismini cihazın özündə saxlayır və ya anonimləşdirir
Nə etməli?
Bəzi xidmətlərdən istifadə etmək üçün məlumat paylaşımının sizə də faydaları ola bilər. Öz məkan axtarışlarınızın qeydlərinin müxtəlif cihazlarda əliniz altında olması kimi fəaliyyətlər sizdən toplanan məlumat əsasında yaradılır.

Smartfonlarınızın topladığı məlumatlar çoxları üçün narahatedici olmasa da, bu barədə məlumatlanmağın ziyanı yoxdur. Hansı proqramların məlumatlarınızından necə istifadə etməsi barədə maariflənməyiniz sizə məxfiliyinizin necə qorunması barədə bilikli qərar verməyə imkan verəcək./BBC/

Xeberdar.net

XƏBƏR LENTİ