İmişlidə 37 yaşlı kişi evində ölü tapılıb

776 18-01-2018, 10:12 hadise / gundem

İmişlidə 37 yaşlı kişi evində ölü tapılıbİmişli sakini naməlum şəraitdə ölüb.

APA-nın məlumatına görə, rayonun Alarlı kənində kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Tağı oğlu Qəmbəralıyevin meyiti yaşadığı evin pilləkənlərində aşkarlanıb.

Onun pilləkəndən yıxılaraq öldüyü ehtimal edilir.

Ölümün dəqiq səbəblərinin müəyyən etmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net