Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdü

834 19-01-2018, 10:03 hadise / gundem

Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdüŞamaxıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xeberdar.net

XƏBƏR LENTİ