elman Zahidovun rəhbərlik etdiyi tibb ocağında pulsuz səhiyyə xidmətləri göstərilmir
Xeberdar.net İsmaric.az istinadən xəbər verir ki, Neftçala rayon səhiyyəsi hər ötən gün bir qədər də geriləyir. Çünki rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov əsas diqqətini tamam başqa məsələlərə yönəldib. Bu və digər məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsindən Neftçala səhiyyəsinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir.
Belə ki, məlumatlı şəxs iddia edir ki, Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov adıçəkilən tiibb müəssisəsini özünəməxsus şəkildə idarə etdiyinə görə, çox ciddi və həlli müşkülə çevrilən problemlər ortaya çıxıb: “Ölkə rəhbərliyi bu əhəmiyyətli sahənin yenidən qurulması, buradakı qanunsuzluq hallarının aradan qaldırılması üçün ciddi addımlar atmaqdadır. Lakin hazırda Neftçala rayon səhiyyəsində ciddi problemlər yaşanır. Baş həkim rayon mərkəzi xəstəxanasını elə vəziyyətə qoyub ki, artıq vətəndaşlar bura pənah gətirməyə qorxurlar. Çünki Telman Zahidovun rəhbərlik etdiyi tibb müəssisəsində pulsuz səhiyyə xidmətləri göstərilmir. İş o yerə çatıb ki, artıq Neftçala rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinin bir qismi də Telman Zahidovun əməllərindən beziblər. Lakin olan işlərini itirmək təhlükəsilə üz-üzə qala biləcəklərindən ehtiyat etdikləri üçün bu barədə düşüncələrini açıq şəkildə bəyan edə bilmir, narazı qaldıqları məqamlarla bağlı ancaq öz aralarında danışırlar. Onu da qeyd edim ki, xəstəxanaya müayinəyə gələn vətəndaşlar ilk növbədə, həkimlərin “xüsusi buraxılış məntəqəsi”ndən keçməlidirlər. Burdan keçə bilənlərə tibbi xidmət göstərilir. Lakin kim ki, qanundan danışır, haqqını tələb edirsə, həmin insanları incidirlər. Hətta dəfələrlə baş həkim pulsuz tibbi xidmətdən yararlanmaq istəyənlərə “gedin hara şikayət edirsiniz, edin” deyib”.
Bu arada, rayon sakinləri də bildirirlər ki,T.Zahidov rayon səhiyyəsini məhv etməklə məşğuldur: “Baş həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən 10-20 manat alsınlar.Telman Zahidov xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib çıxdığının hesabını aparırlar və həmin hesabatlar baş həkimə təqdim olunur”. Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən Neftçala sakinləri qeyd edirlər ki, rayondan ağır xəstələrin Bakıya gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov ağır xəstələrin paytaxta gətirilməsi üçün böyük məbləğdə pul tələb edir: “Baş həkim xəstələrin Təcili Tibbi Yardım maşınları ilə paytaxta gətirilməsi üçün xəstə yaxınlarından irəli sürülən “şərt”ə əməl etməyi tələb edir. Əgər baş həkimin “tələb”inə öncədən əməl olunmasa, o zaman xəstənin vəziyyətindən asılı olmayaraq onun Bakıya gətirilməsi süni əngəllərlə yubadılır. Ümumiyyətlə, Neftçala Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb”.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyir. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 100-150 manat pul yazaraq bu məvacibləri mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar.
Görünür Telman Zahidov məhz bu maxinasiyalardan əldə etdiyi gəlirlər onun şəxsi büdcəsinin formalaşmasında daha önəmli yer tutur. Maraqlıdır ki,Neftçala Rayon Mərkəzi Xəstəxanasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər.
İsmaric.az-a daxil olan məlumatlarda vurğulanan məqamlardan biri də budur ki, Telman Zahidov rəhbərlik etdiyi xəstəxanada çalışan bütün həkimlərdən aylıq haqq yığır.
Xeberdar.net