XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-omadığı araşdırılır

798 25-01-2018, 10:12 hadise / gundem

XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-omadığı araşdırılır
"Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır".

Bunu APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirib, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Rusiyanın Primorsk diyarında 21 heyət üzvünün olduğu balıqçı gəmisi yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da olub.

Hazırda axtarışlar davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ