Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqlayıb

707 25-01-2018, 15:26 gundem

Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqlayıb
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 97 qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə AİHM-ın “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 679 ərizə təqdim olunub. Onların 210-u qəbul olunmayıb, 97-si üzrə qərar çıxarılıb.

2016-cı illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 ərizə təqdim edilib, onların 136-sı qəbul olunmamış, 50-si üzrə isə qərar çıxarılıb.

2017-ci ildə 168 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.

Xeberdar.net

XƏBƏR LENTİ