ABŞ İrəvanı cəzalandırmağa hazırlaşır - Boşyan

673 25-01-2018, 15:44 dunya / gundem

ABŞ İrəvanı cəzalandırmağa hazırlaşır - BoşyanABŞ-ın Ermənistana təzyiqi güclənəcək.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” agentliyinə açıqlamasında erməni politoloq Arman Boşyan söyləyib.

“ABŞ-ın yeni müdafiə strategiyası Trampın imzaladığı ABŞ Milli Təhlükəsizlik Doktrinasına uyğundur. Bu doktrinada düşmən qismində Rusiya və Çin görülür. ABŞ özünün maraq dairəsi kimi bütün Yer kürəsini nəzərdə tutur. Ona görə də öz məqsədlərinə çatmaq üçün üçüncü ölkələri şantaj edəcəyi təəccüblü görünməməlidir. Rusiya uzun müddət bu strategiyaya qarşı hazırlanıb. Moskva anlayır ki, Trampın müstəqil siyasəti nəyə gətirib çıxaracaq. Vaşinqtonun təzyiqləri Ermənistana da olacaq. Burada hədəf isə Rusiya ilə münasibətlərin pozulmasıdır. Nəticədə Ermənistan anqlosakson idarəetməsi altından müstəmləkəyə çevrilməlidir. Ermənistan artıq Avropa Birliyi ilə razılaşma imzalamaqla güzəştlərə gedib”, – deyə o bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ