Türkiyə aviasiyası Mənbicin Səyyadə və Dendeoğlu kəndlərində yerləşən YPG qərargahlarını bombalayaraq məhv edib.Avropa.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Ərdoğan arasında keçirilən telefon görüşündə Tramp Türkiyənin hərbi əməliyyatlarını məhdudlaşdırmasını və ən qısa müddətdə baş çatdırmasını istəmişdi. Tramp Mənbicdəki ABŞ qüvvələrini nəzərdə tutaraq TSQ ilə Amerika əsgərləri arasında baş verə biləcək toqquşmadan qacınılması çağırışı etmişdi.
Xatırladaq ki, “Fərat Qalxanı” əməliyyatı zamanı Mənbicdə ABŞ bayrağı asılan kəndlər arasında Səyyadə kəndi də vardı.