Zərdab rayon Təhsil şöbəsinin müdirinə ittihamlar – “Əməkhaqları mənimsənilir, pul yığılır…”

1 916 25-01-2018, 17:30 bolge / gundem

Zərdab rayon Təhsil şöbəsinin müdirinə ittihamlar – “Əməkhaqları mənimsənilir, pul yığılır…”
Zərdab rayonun bir qrup sakini tərəfindən “AzPolitika.info”ya şikayət məktubu göndərilib. Məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:

“Zərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın əməlləri nəticəsində rayonda təhsilin vəziyyəti iflic olmuşdur. Zərdab rayon orta məktəblərində açıq-aşkar alver gedir. 2010-cu ildə Kür çayının daşması nəticəsində Zərdab şəhər ümumi orta məktəbini su basdığından, şagirdlər təhsillərini davam etmək üçün 2 nömrəli orta məktəbə köçürüldülər. Sel basdığı üçün yararsız vəziyyətə düşüb işləməyən, ancaq həmin məktəbdə adı işdə gedən müəllimlərin maaşlarının yarısı, texniki işçilərin maaşlarının isə hamısı Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva çatdırılır.

Rayonun orta məktəblərində müəllimlərin əmək haqqından 30-40 manat pul tutulur. Texniki işçilərdən isə 20 manat pul tutulur ki, bu da külli miqdarda vəsait edir. Süpürgəçilərin maaşları 118 manat etsə də, 99 manat pul alırlar. Zərdab şəhər 1 nömrəli tam orta məktəb 3 ildir ki, təmir adı ilə bağlanıb. Həmin məktəbin işçilərinin əmək haqqısının yarısı Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonda təhsilin səviyyəsi çox-çox aşağıdır, davamiyyət yoxdur. Elə şagirdlər var ki, valideyinləri ilə Rusiyada yaşasalar da onların adları burada dərsdə gedir.

Rayon ərazisində məktəblərin əksəriyyəti uçuq-sökük bərbad vəziyyətdədir. Qazı olmayan, odunla isidilən məktəblərdə şagirdlərdən odun pulu yığılır. Odun doğrayan ştatı üçün aylıq maaş 160 manat etsə də, 110 manat verilib 50 manatı “solyarka” yanacağı adı ilə Lalə Əmirəliyevaya çatır.

Müəllimlərin Qəbul İmtahanından keçid balını toplaya bilməyənləri daxili müqavilə ilə qanunsuz olaraq əmək haqqısının yarısını götürmək şərti ilə işlədirlər. Bu isə şagirdlərin savadsızlığına gətirib çıxarır. Çünki bal toplamağa savadı olmayan müəllim hansı mükəmməl təhsili verə bilər?

Zərdab rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyevanın əməlləri bununla bitmir. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edirik: Sizdən çox-çox xahiş edirik ki, Zərdab təhsilinə öz maraqlarına görə ağır zərbə vuran Lalə Əmirəliyevanın əməllərinin ciddi araşdırılıb, barəsində tədbir görülməsinə tapşırıq verəsiniz.

Zərdab rayon sakinləri
1.Əhmədov Cəmayə Tahir qızı;
2.Əliyeva Cəmilə Kamil qızı;
3.Məmmədov Qənimət Tehran oğlu (050) 750-63-83;
4.Salahov Rahim Çingiz oğlu;
5.Vəliyev Hidayət Ramiz oğlu”.

P.S. Şikayətdə qeyd olunan iddialarla bağlı Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyevanın da mövqeyini işıqlandırmağa hazırıq.

Zərdab rayon Təhsil şöbəsinin müdirinə ittihamlar – “Əməkhaqları mənimsənilir, pul yığılır…”
Zərdab rayon Təhsil şöbəsinin müdirinə ittihamlar – “Əməkhaqları mənimsənilir, pul yığılır…”
Zərdab rayon Təhsil şöbəsinin müdirinə ittihamlar – “Əməkhaqları mənimsənilir, pul yığılır…”

XƏBƏR LENTİ