Rusiyanın baş nazirinin müavini Ermənistan hökumətinin rəhbəri ilə danışıqlar aparıb

830 26-01-2018, 11:04 dunya / gundem

Rusiyanın baş nazirinin müavini Ermənistan hökumətinin rəhbəri ilə danışıqlar aparıbErmənistan hökumətinin rəhbəri Karen Karapetyan və rusiyalı baş nazirinin müavini Arkadi Dvorkovıç arasında danışıq olub.

APA-nın xəbərinə görə, görüş Davos Ümumdünya İqtisadi Forum çərçivəsində keçirilib. Məlumata görə, tərəflər Avrasiya İqtisadi Birliyinin fəaliyyətini və Ermənistanda yaradılan azad iqtisadi zonada Rusiya sahibkarlarının və kapitalının iştirakını müzakirə ediblər.
Karen Karapetyanın sözlərinə görə, kənd təsərrüfatı, əsasən də heyvandarlıq sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib. Qeyd edək ki, “Meqri” azad iqtisadi zonası Ermənistan-İran sərhədində dekabrın 15-də yaradılıb.
İstehsal ediləcək malları İran, AİB, Yaxın Şərq ölkələri və Türkmənistana ixrac etmək planlaşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ