FRANSA QARABAĞLA BAĞLI MÖVQEYİNİ DƏYİŞİB? –Ermənilər narahatdır

990 26-01-2018, 13:44 dunya / gundem

FRANSA QARABAĞLA BAĞLI MÖVQEYİNİ DƏYİŞİB? –Ermənilər narahatdır
Akop Badalyan

LRAGIR

25 yanvar 2018-ci il

Yelisey sarayında Serj Sarkisyanla görüşündən sonra Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) Qarabağ probleminə toxunub və bildirib ki, status-kvo dayanıqlı deyil, münaqişə dondurulmayıb, həmçinin cəsarətli kompromislər üzərində qurulan qərar lazımdır.

Mahiyyət etibarilə bəyanatda yeni bir şey yoxdur. Artıq neçə illərdir oxşar bəyanatlar səsləndirilir və ATƏT-in Minsk qrupunun həmsədrləri bundan başqa heç nə söyləmirlər.

Lakin ötən ilin martında baş tutan Sarkisyan-Olland (François Hollande) görüşü fonunda Sarkisyan-Makron görüşü maraqlı görünür. Sabiq prezident Olland da kompromislər haqqında danışırdı, lakin atəşkəsə əməl olunması üçün mexanizmlərin yerləşdirilməsində və tərəflərin atəşkəsi pozduğu təqdirdə cəzalandırılmasında israr edirdi.

Bu əsas məsələdir və Fransa onda bildirmişdi ki, mexanizm məsələsi onun üçün imperativ məsələdir. İstənilən halda, Sankt-Peterburqda baş tutan Sarkisyan-Əliyev görüşündən sonra bu bəyanatı Yerevanda Fransa səfiri vermişdi. O, qeyd etmişdi ki, Sankt-Peterburq görüşünün yekun bəyannaməsində mexanizmlər haqda məlumat yoxdur, lakin Fransa bunu imperativ məsələ hesab edir.

Sankt-Peterburq görüşü Vyana görüşündən sonra Rusiyanın Azərbaycana təzyiqi ləğv etmək və “kompromisli” qərara – ATƏT-in monitorinq qrupunun imkanlarının mümkün genişləndirilməsi barədə qərara gəlmə cəhdi idi. Moskva bununla, həmçinin ABŞ-ın Vyana gündəliyini tarazlaşdırmağa çalışırdı.

Nəticədə Vyana və Sankt-Peterburq gündəliyi barədə danışmağa başladılar. Özü də Sarkisyan və Əliyevin Sankt-Peterburq görüşündən sonra növbəti sammitin Fransada keçiriləcəyi deyilirdi. Lakin sammit il yarımdan sonra Cenevrədə keçirildi.

Makron Cenevrəni qeyd etsə də, Ollandın fərqli olaraq mexanizmləri barədə danışmayıb.

Yoxsa Fransa bu məsələni daha imperativ məsələ hesab etmir? Bəlkə prezident postunu tərk etməyə hazırlaşan Olland bunu özünə rəva görə bilirdi, Makron isə belə bir addım ata bilmir?

Yoxsa Makronun bəyanatları Serj Sarkisyanla hansısa ziddiyyətin nəticəsi olub? Bəlkə Makron hesab edir ki, de-fakto bu mexanimzlər Ermənistanın yeni hərbi-texniki və kosmik imkanları şəklində artıq yerləşdirilib?

Görünür, Fransa ATƏT-dəki konsensusa əməl etmək qərarına gəlib. Burada çox güman başqa məsələlərdə razılıq almaq üçün Azərbaycana əlavə təzyiq göstərməməyə çalışacaqlar. Amma Bakı bir tərəfdən, atəşkəs rejiminə əməl olunmağın zərurətindən dəm vuran, digər tərəfdən isə Azərbaycana silah tədarük etməklə, Ermənistanın yenidən onun qapısını döyəcəyini gözləyən, silahlanma yarışını təşviq edən Rusiyanın köməyi ilə bundan yalnız vaxt uda bilər.

XƏBƏR LENTİ