Bu rayonun qazı kəsildi - Sızma var

770 26-01-2018, 17:17 cemiyyet / gundem

Bu rayonun qazı kəsildi - Sızma varZaqatalaya təbii qazın verilişi dayandırılıb.

Bu gün saat 14.30 radələrindən rayona təbii qazın verilişi dayanıb.

Zaqatala Qaz İstismarı İdarəsindən verilən məlumata görə, təbii qazın verilişinin dayandırılmasına 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub.

Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.

Xeberdar.net

XƏBƏR LENTİ